Qaraqan - “A” romanı


Qaraqan - “A” romanı


“A” romanı Azərbaycan ədəbiyyat çevrəsində bəlkə də ən çox müzakirə olunan kitabdır. “A” haqqında  danışılarkən kimisi bu əsəri plagiat, kimisi qeyri – ciddi ədəbiyyat, kimisi mükəmməl əsər, kimisi isə sadəcə bir gəncin yazdığı roman adlandırır.
“A” romanına qarşı plagiat iddiasına irəli sürənlər bu əsərin “Fihgt Club” filmindən köçürüldüyünü iddia edir. Buna səbəb isə əsərin süjet xəttində olan bənzərliklərdi. Əsərin müəllifi Qaraqan isə deyir ki, o zaman Fizulinin “Leyli və Məcnun” poeması də plagiat sayılmalıdır. Çünki ondan əvvəl bu mövzuda, hətta bu adda Nizami Gəncəvi poema yazıb.
“A” romanı bir qrup gəncin həyatından bəhs edir. Bu əsərdə gənclərin toplaşdığı bir məkan təsvir olunur. Həmin məkanın adı isə “Qərargah”dır. “Qərargah”a toplaşanlar müxtəlif günlərdə öz həyat hekayələrini danışır, bəzən məsləhətlər alır, bəsən isə…
Bu gənclərin öz ideologiyası var. Onlar gecə barlarında fahişəlik edənlər qadınları qaranlıq bir yerdə yaxalayıb, onun bədəninə “A” damğası vururlar. Bütün bu işlərə isə rəhbərliyi, heç kimin tanımadığı “A” edir.
“A” damğasının səsi – sədası bütün şəhəri bürüyür və öz əhatəsini aşır, binalar yandırılır, maşınlar məhv edilir və xaos başlayır… “A”-nı isə heç kim tanımır…
Bir gün bu gənclərin liderlərindən bir həbs olunur. Məhkəmə prosesi zamanı isə onun tərəfdarı olan saysız – hesabsız gənc, liderlərinin azadlığa buraxılması tələbi ilə növbəti xaosu başlayır və nəticə sadəcə faciəvi olur… Lider ölür.
“A” romanı son iki ildə Azərbaycanda ən çox satılan kitabdır. Ötən il isə bu əsər “Milli Kitab Mükafatı”nın qalibi olub…











Hiç yorum yok:

Yorum Gönder